Vaqonların pəncərələrindən zibil atanlar üçün cərimələr artırılır 

17:10 04.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qatarların vaqonlarının pəncərələrindən zibil atanlar üçün cərimələr kəskin artırılır.

Hafta.az xəbər verri ki, bu barədə İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

 

Qüvvədə olan qanuna əsasən, qatarların vaqonlarının pəncərələrindən və ya qapılarından zibil, yaxud başqa predmetlər atılmasına görə otuz manat məbləğində cərimə edilir.

Layihəyə əsasən, qatarların vaqonlarının pəncərələrindən və ya qapılarından tullantı, yaxud başqa predmetlər atılmasına görə beş yüz manat məbləğində cərimə ediləcək.